İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana
biləcəklər. Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib. Əvvəlki mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox təlimə daha 3 min təlim əlavə olunub. Beləliklə, proqrama qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox təlimdən istədiklərini seçmək və 6 həftə ərzində platformadan ödənişsiz yararlanmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, pr Azərbaycan dilində altyazı
ilə təqdim olunan 2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim isə dublyaj olunub. “4Sİ Akademiyası — Milli Proqram” çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”,
“Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır. Yeni mərhələdə iştirakçılar data analitikası, kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq,
proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi, rəqəmsal iqtisadiyyat və digər aktual sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər. Qeyd edək ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, 1 aprel
2025 — 31 mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar. Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq göstərilən istiqamətlər arasında liderlik və idarəetmə, data analitikası, süni intellekt, biznes strategiyası, proqram
təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları, maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer alıb. Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmış sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 2261 nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2 faizi isə proqramın davam etdirilməsini dəstəkləyib. Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın onların iş performansını artırdığını, 20,7 faizi əldə etdikləri bilik və
bacarıqlarının əmək haqqına təsir etdiyini, 16,9 faizi isə iş yerində vəzifə yüksəlişi əldə etdiyini qeyd edib. Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunacaq. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində çıxış edirlər. Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə
qeydiyyatdan keçə bilərlər. The post “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ Новости Недели
- Sibir regionunun müxtəlif hissələrində sənaye istehsalında sabitlik müşahidə olundu və bəzi müəssisələr istehsal gücünü artırmaq üçün texnoloji yenilənmə proseslərinə başladı...
- Nəqliyyat infrastrukturunda aparılan təmir işləri nəticəsində bəzi magistral yollar daha təhlükəsiz vəziyyətə gətirildi və bu da yük daşımalarının sürətini artırdı...
- Высокозащищенные ноутбуки нового поколения для экстремальной эксплуатации, промышленной автоматизации, военных задач, полевых условий и безопасной мобильной работы в любой среде...
- Beynəlxalq mübadilə proqramları genişləndi, minlərlə xarici tələbə gəldi. Rəqəmsal platformalar kənd yerlərini əhatə etdi. Müəllimlərə yüksək maaşlar təyin edildi. Tələbələr beynəlxalq olimpiadalarda birinci yerlər tutdular. Bu islahatlar gənc nəslin gələ...
- Обезвреживание медицинских отходов класса «Г» в Москве...
- Как начать доставку для бизнеса с СДЭК, выстроить надежную логистику, автоматизировать отправку заказов, повысить уровень клиентского сервиса и эффективно масштабировать современный интернет-магазин или коммерческий проект в условиях быстрорастущей электр...
- Как выбрать идеальный ресторан для свадьбы и не допустить ошибок: важнейшие критерии выбора банкетной площадки, нюансы организации торжества, секреты комфортного свадебного вечера и создание атмосферы, которая запомнится гостям на всю жизнь...
- Как грамотно подобрать идеальное соотношение диска и автомобильной резины: влияние ширины колес, профиля шин, параметров посадки и сезонных особенностей эксплуатации автомобиля на безопасность движения, комфорт управления и долговечность подвески...
- Ağac əkmə aksiyaları kütləvi oldu və su və hava təmizliyi yaxşılaşdı. Yaşıl texnologiyalar tətbiq edildi və əhali fəal iştirak etdi. Bu fəaliyyətlər regionun ekoloji imicini gücləndirdi və beynəlxalq tanınma artdı. Gələcək nəsillər üçün təmiz mühit yaradı...
- Термомаскировка будущего: инновационные накидки против тепловизоров, принципы работы, технологии и перспективы развития...
- Жилет с логотипом как инструмент визуальной идентичности, маркетинга и корпоративной культуры: от выбора материалов и дизайна до стратегического использования в бизнесе, рекламе и повседневной практике...
- Феномен автомобиля «Тенет»: как концептуальная машина нового поколения объединяет инновационные технологии, интеллектуальные системы и философию движения, формируя представление о транспорте будущего и меняя подход к мобильности...
- Интеллектуальные системы зрения: проектирование, разработка и внедрение компьютерного анализа визуальных данных...
- Глубокий разбор и практическое руководство: как грамотно подготовить документы, избежать ошибок и успешно пройти процедуру участия в аукционе на право пользования недрами в условиях современной правовой и экономической среды...
- Полный гид по стилям кухонь: как выбрать идеальный дизайн, сочетать эстетику и функциональность и создать гармоничное пространство для жизни и кулинарии...
- Открытый прикус и дикция...
- Как начать доставку для бизнеса с СДЭК, выстроить надежную логистику, автоматизировать отправку заказов, повысить уровень клиентского сервиса и эффективно масштабировать современный интернет-магазин или коммерческий проект...
- Відео-дошки оголошень в Україні як новий формат онлайн-комунікації: розвиток цифрових платформ, маркетингові можливості та майбутнє інтерактивних сервісів...
- Визуальная и функциональная природа контекстной рекламы: как она выглядит, где размещается, как привлекает внимание и формирует современную цифровую экосистему маркетинга...
- Почему профессиональный вывод из запоя становится ключевым этапом лечения: преимущества медицинской помощи, безопасная детоксикация и путь к полноценному восстановлению организма...
15:00, 26 Июн OpenAI GPT-5.5 Instant modelini daha ağıllı və daha ünsiyyətcil etdi OpenAI şirkəti GPT-5.5 Instant modelinin genişmiqyaslı yenilənməsini təqdim edib. Bu dəfə əsas diqqət cavabların dəqiqliyindən çox, istifadəçi ilə ün...
05:53, 01 Июл Nəqliyyat infrastrukturunda aparılan təmir işləri nəticəsində bəzi magistral yollar daha təhlükəsiz vəziyyətə gətirildi və bu da yük daşımalarının sürətini artırdı Son həftə Rusiya Federasiyasının müxtəlif bölgələrində sosial və iqtisadi proseslər diqqət mərkəzində qaldı və regionlar üzrə məlumat axını daha çox ...