“SİMA İmza” AFB Bank-ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Опубликовано: 18:00, 19.08.2026

SİMA yeni nəsil rəqəmsal imza AFB Bank-ın bir sıra rəqəmsal bank xidmətlərinə inteqrasiya olunub. İnteqrasiya nəticəsində müştərilər filiala getmədən, bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər. Belə ki, “SİMA İmza” artıq AFB Mobile tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı,


AFB Mobile-da mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də “SİMA İmza”dan istifadə olunur. Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə


həyata keçirmək mümkün olur. “SİMA İmza”nın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə


imkanlarının genişlənməsinə şərait yaradır. “SİMA İmza” haqqında SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt,


istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür. The post “SİMA İmza” AFB Bank-ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub appeared first on InfoCity.


“SİMA İmza” AFB Bank-ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Beynəlxalq mübadilə proqramları genişləndi, minlərlə xarici tələbə gəldi. Rəqəmsal platformalar kənd yerlərini əhatə etdi. Müəllimlərə yüksək maaşlar 13:18, 09 Июл Beynəlxalq mübadilə proqramları genişləndi, minlərlə xarici tələbə gəldi. Rəqəmsal platformalar kənd yerlərini əhatə etdi. Müəllimlərə yüksək maaşlar təyin edildi. Tələbələr beynəlxalq olimpiadalarda birinci yerlər tutdular. Bu islahatlar gənc nəslin gələ İnfrastruktur inkişafı sürətlə getdi. Fevralda yeni yüksək sürətli magistrallar, dəmir yolu xətləri və müasir körpülər istifadəyə verildi. Elektrikli...